Qəbələ aeroportunda uşaq qəbirləri tapıldı FOTO


Digərləri 10 Avq 2018 07:38:00 374 0

Qəbələ aeroportunda uşaq qəbirləri tapıldı  FOTO

Qəbələ Beynəlxalq Aeroportunda aparılan arxeoloji qazıntılar zamanı körpə uşaq qəbirləri, ev qalırları aşkar edilib.

Son.az bildirir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin publika.az-a verdiyi məlumata görə, rəhbərlik etdiyi ekspedisiya bu ilin iyul ayı ərzində Qəbələ rayonundakı Qalayeri qədim yaşayış məskənində arxeoloji qazıntı işlərini davam etdirib.

Onun sözlərinə görə, Leylatəpə arxeoloji mədəniyyətinə - e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri abidəsi Qəbələ Beynəlxalq Aeroportu ərazisindədir. N.Müseyiblinin rəhbərliyi ilə bu abidədə 2012-ci ildən geniş arxeoloji qazıntı işləri aparılır.


Xəbərə aid fotolar