Günəş sisteminə aid olmayan ilk güclü ulduz partlayışı müşahidə edilib


Digərləri 10 Avq 2018 01:30:00 328 0

Günəş sisteminə aid olmayan ilk güclü ulduz partlayışı müşahidə edilib

Astronomlar uzaq ulduzlarda Günəş sisteminə aid olmayan ilk güclü partlayış müşahidə ediblər. Alimlər "Günəş alışması" adlanan analoji partlayışın təsirini uzun müddətdir öyrənirlər. Ulduzlardan gələn bu güclü işıq mənbəyinin öyrənilməsi isə başqa ulduz sistemlərində yerləşən planetlərdə həyatın mövcud olması ilə bağlı yeni tədqiqatlara yol açacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, on il əvvəl astronomlar Yer planetindən 450 işıq ili uzaqlıqda yerləşən ulduzdan gələn zəif işığı qeydə alıblar. Partlayış nəticəsində görünən yeni parlaq ulduzun işığı Günəşdə olduğundan 10 dəfə güclü və daha əhatəlidir.

İtaliyanın Palermo Universitetinin astronomu Konstanza Argiroffi və həmkarlarının "Chandra" rəsədxanasında müşahidə etdikləri güclü işıq seli X-ray texnologiyası vasitəsilə qeydə alınıb. Bu texnologiyanın fəzaya göndərdiyi şüalar nəticəsində ulduzlardan gələn güclü işıqları qeydə almaq mümkündür.