Quranikərimdə behişt əhlinin xüsusiyyətləri


Digərləri 09 Avq 2018 23:50:00 222 0

Quranikərimdə behişt əhlinin xüsusiyyətləri

Allah dostları ilə dost olmaq və Allah düşmənləri ilə düşmən olmaq, başqa sözlə, yaxşılarla bir, pislərdən isə uzaq olmaq behiştin açarlarından biridir ki, Qurani-Kərimin "Mucadilə" surəsinin 22-ci ayəsində bu haqda belə buyurulur:

لَا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ يُوَادُّونَ مَنْ حَادَّ اللَّهَ وَرَسُولَهُ وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ أُولَٰئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الْإِيمَانَ وَأَيَّدَهُمْ بِرُوحٍ مِنْهُ وَيُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا

"Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə - hətta öz ataları, övladları (oğulları),  qardaşları və qohumları olsalar belə dostluq etdiyini görməzsən. Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla onları qüvvətləndirmişdir. Onları (axirətdə) (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar..."

Son.az maide.az-a istinadən bildirir ki, ayənin davamında bu zümrənin mənəvi mükafatından söz açılaraq buyurulur:

رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ

"Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar..."

Nəhayət, ayənin sonunda buyurulan təbir isə, həmin zümrənin iftixar tacıdır. Ayədə buyurulur: