İsmayıllıda 4 otaqlı ev yanıb


Digərləri 09 Avq 2018 23:51:00 237 0

İsmayıllıda 4 otaqlı ev yanıb

İsmayıllıda yanğın qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, İsmayıllı rayonunda ümumi sahəsi 144 m2 olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 72 m2 sahədə, 2 ədəd pəncərə çərçivəsi və bitişik ümumi sahəsi 96 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.