İstanbul aeroportunda iki sərnişin təyyarəsi toqquşub VİDEO


Dünya 09 Avq 2018 23:54:00 297 0

İstanbul aeroportunda iki sərnişin təyyarəsi toqquşub  VİDEO

Mərakeşin "Royal Air Maroc" aviaşirkətinə məxsus sərnişin təyyarəsi İstanbulun Atatürk beynəlxalq hava limanında "Turkish Airlines"ın layneri ilə toqquşub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə cümə axşamı yerli "Hurriyet" qəzeti yazıb.

Hadisə beynəlxalq terminal yaxınlığındakı təyyarə dayanacağı zonasında baş verib. Mərakeş layneri öz çıxışına doğru hərəkət edərkən, məlum olmayan səbəblərdən qanadı ilə "Turkish Airlines"a məxsus təyyarənin gövdəsinin arxa hissəsinə toxunub. Türkiyə təyyarəsi çıxış yaxınlığında dayanıb və Ciddəyə (Səudiyyə Ərəbistanı) uçmağa hazırlaşırmış.


Xəbərə aid video