İmam Sadiqdən


Digərləri 09 Avq 2018 23:55:00 359 0

İmam Sadiqdən

Məsum rəhbərlərin zamanında yaşayıb elmi və mənəvi məqamından agah olanlar, bəzən onlarla görüşür, onların öyüd-nəsihərlərindən, tövsiyələrindən bəhrələnirdilər. Xoşbəxtlikdən, bu tövsiyələrdən bir qismi keçmiş din xadimləri, alimləri və təbliğçilərinin zəhmət və təlaşları sayəsində təlatümlü hadisələrdən saf və səhih çıxaraq bizim hədis mirasımızda gözə dəyməkdədir.

Son.az maide.az-a istinadən bildirir ki, biz bu məqalədə imam Sadiqin (ə) insani keyfiyyələrin kəsbində və Allahla rabitənin möhkəmlənməsində faydalı olan tövsiyələrindən beşini qeyd etməklə kifayətlənirik:

Birinci tövsiyə: Bir nəfər imam Sadiqin (ə) hüzuruna gəlib dedi: "Ey Peyğəmbərin övladı! Mənə nəsihət edin." İmam (ə) buyurdu:

لَا یَفْقِدُكَ اللَّهُ حَیْثُ أَمَرَكَ وَ لَا یَرَاكَ حَیْثُ نَهَاكَ

"Allah səni əmr etdiyi yerdə qaib görməsin və nəhy etdiyi yerdə də hazır görməsin." Başqa sözlə, bütün vacib buyurulan əməlləri yerinə yetir, haram olanları isə tərk et! ("Əs-sərair", 3-cü cild, səh.650.)

İkinci tövsiyə: Əbu Bəsir nəql edir ki, imam Sadiqin (ə) şəhadəti münasibətilə başsağlığı vermək üçün o həzrətin həyat yoldaşı və imam Kazimin (ə) anası Ümmü-Həmidənin hüzuruna getmişdim. Gördüm ki, xanım ağlayır. Məni də ağlamaq tutdu. Sonra mənə dedi: "İmam Sadiq (ə) ömrünün son anlarında gözünü açıb buyurdu:

اجمَعوا لی كُلَّ مَن بَینی وَ بَینَهُ قَرابَةٌ

"Mənimlə qohumluq münasibəti olanların hamısını ətrafıma toplayın."

Biz hamını çağırdıqdan sonra, İmam (ə) onlara baxıb buyurdu:

إنّ شفاعَتَنا لا تَنالُ مُستَخِفّاً بِالصَّلاة

"Həqiqətən, bizim şəfaətimiz namazı yüngül sayanlara yetməz." ("Əl-məhasin", 1-ci cild, səh.80; "Əmali", Şeyx Səduq, səh.572.)

"Lisanul-ərəb" adlı məşhur lüğət kitabında (9-cu cild, səh.80) bu hədisdə qeyd olunan "mustəxiffən" ifadəsi haqda belə yazılır: "İstəxəffə" sözü hörmətsizlik və etinasızlıq mənasını daşıyır və hədisdəki "mustəxiffən bis-səlat" ibarəsinin mənası da belədir: "Namaza hörmətsizlik edən və etinasız yanaşan." Demək, namaza hörmətsizlik edənlər, ya namaz qılmayanlardır, ya da namazqılan olsalar da, onun qılınmasında ədəb qaydalarını gözləməyənlər, namazı vaxtlı-vaxtında qılmayan, namaza əhəmiyyətsiz yanaşan, namazı axır vaxtlarda qılan, birini qılıb digərini qəzaya verənlərdir.

Üçüncü tövsiyə: Süfyan Suri imam Sadiqin (ə) hüzurunda ikən, "Ey Peyğəmbərin (s) övladı mənə nəsihət edin!" - deyə ərz etdikdə, İmam (ə) buyurdu: