Səsküylü "zəhərlənmə işi" ilə bağlı materiallar məhkəmədə


Digərləri 09 Avq 2018 23:21:00 329 0

Səsküylü "zəhərlənmə işi" ilə bağlı materiallar məhkəmədə

Pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı cinayət işi məhkəməyə göndərilib

.

Baş Prokurorluqdan Son.az-a verilən məlumata görə, cari ilin iyun ayında respubilkanın Saatlı, Tərtər, İmişli və dgər rayonlarında ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus pambıq tarlalarında çalışan şəxslərin kimyəvi zəhərlənmələrə məruz qalmaları faktı üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanmaqla, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin məsul əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə hadisələrin baş vermə səbəbləri, təqsirli şəxslərin dairəsi və sair sübut edilməli hallar tam araşdırılıb.

Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə, müayinə və sair istintaq hərəkətləri yerinə yetirilib, hadisə yerlərindən, zərərçəkmiş şəxslərdən, tədarükçü hüquqi şəxslərin anbarlarından götürülmüş 200-dən artıq nümunə və bitki mühafizə vasitələrinin, o cümlədən tarlalarda tətbiq olunmuş pestisidlərin xarici istehsalçı şirkətlər tərəfindən təqdim olunmuş etalon nümunələrinin ixtisaslı toksikoloji, kimyəvi müayinələri və ekspertiza tədqiqatları həyata keçirilib.

Kimyəvi zəhərlənmələrə məruz qalmış bütün şəxslər zərərçəkmiş şəxs qismində tanınmaqla, onların sağlamlıqlarına dəymiş zərərin aradan qaldırılması üçün zəruri tibbi və sair təminatlarla əhatə olunublar.