Qəlyan ürəyi sıradan çıxarıb, damarları öldürür –


Digərləri 09 Avq 2018 23:25:00 530 0

Qəlyan ürəyi sıradan çıxarıb, damarları öldürür –

Çox insanlar elə bilir ki, qədim siqaret növü olan qəlyan siqaretdən daha az zərərlidir. Ona görə çoxları guya siqaretdən imtina edib, qəlyana keçir. Lakin Kaliforniya universitetinin kardioloqları xəbərdarlır edir ki, qəlyan ürək-damar sisteminin işinə çox pis təsir edir.

Son.az medicina.az-a istinadən bildirir ki, alimlər 48 gənc və orta yaşlı kişilər arasında apardıqları araşdırmada onlar qəlyan çəkəndən 30 dəqiqə sonra ürək döyüntüsü, təzyiq, damarların vəziyyəti, qanda nikotin və oksidin miqdarını ölçüblər. Cəmi yarım saat içində qəlyan çəkənlərin təzyiqi yüksəlmiş, ürək döyüntüsü artmış, damarlar sıxılmışdı. Bu isə elə həmin saat ərzində insanın ürək-damar xəstəliyi, insult, infarkt riskini artırması deməkdir. Qəlyanı siqaretə alternativ və daha az zərərli, yüngül hesab edənlər bilməlidir ki, özlərini adladır və öz sağlamlıqlarını ciddi zərbə altında qoyublar.