Orxan Camal öldürülməmişdən jurnalistlər


Dünya 09 Avq 2018 23:18:00 256 0

Orxan Camal öldürülməmişdən jurnalistlər

Yeni detallar Orxan Camal cinayətinə yenidən baxmağa məcbur edir

Mərkəzi Afrika Respublikasında həlak olmuş jurnalistlər qətldən əvvək onlara səfərdən imtina etməyi təklif edən hərbi patrulla mübahisə ediblər. Yeni faktlar MAR-dakı Rusiya səfirliyinin əməkdaşlarının yerli jandarmeriyanın rəhbərliyi və hücum zamanı sağ qalmış sürücü ilə görüşündən sonra məlum olub. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən verdiyi məlumatına görə, bu barədə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Əslən azərbaycanlı olan Rusiya jurnalisti Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev MAR-da qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər. Məlumatlara əsasən, iyulun 30-da onları blokpostda saxlayıblar və daha sonra ölüm xəbərləri gəlib. Hər üç şəxs avqustun 7-də Moskvada dəfn edilib.

52 yaşlı Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğlu idi. Heydər Camal özü 2016-cı ildə vəfat edib.

"Hazırda müəyyən edilib ki, onların irəli getmək istəyi və yerli rəsmilərin buna kəskin etirazı mübahisəyə səbəb olub. Lakin bu mübahisənin nəticəsində onların irəli getməsinə icazə verilib", - Zaxarova deyib.