Sol tərəfə 3 dəfə tüpürmək dinimizdə varmı?


Digərləri 09 Avq 2018 23:20:00 410 0

Sol tərəfə 3 dəfə tüpürmək dinimizdə varmı?

Bəli, dinimizdə qeyd etdyiniz əməl mövcuddur. Osman ibn Əbu əl-Asdan (Allah ondan razı olsun) rəvayət olunur ki, o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gələrək belə dedi: "Ey Allahın Rəsulu! Şeytan qiraətimi və namazımı xuşu (Mütilik, Allahdan qorxaraq qəlbin Ona yönəlməsinə "xuşu" deyilir) ilə oxuyub qılmağıma mane olaraq məni çaşdırdı və şəkkə saldı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə ona belə cavab verdi: "O, Xinzab adlı Şeytandır. Əgər onu hiss edərsənsə, "əuzu billəhi minəş-şeytanir-racim" deyərək ondan Uca Allaha sığın və üç dəfə sol tərəfinə yüngülcə tüpür (nəfəs ver!)". Səhabə deyir: "Belə etdim və Uca Allah da onu məndən uzaqlaşdırdı". (əl-Buxari, 3282; Muslim, 2610).

Son.az zikr.az-a istinadən bildirir ki, Cabirdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən bir kimsə xoşuna gəlməyən bir yuxu görsə, üç dəfə sola tüpürsün və üç dəfə Allahdan onu şeytandan qorumasını diləsin, sonra isə başqa tərəfə çevrilsin". (Muslim, 2262).

Həmçinin əl-Buxari (Allah ona rəhmət etsin) rəvayət edirik ki, şeytanın vəsvəsə verdiyi vaxt üç dəfə sol tərəfə yüngülcə (quru şəkildə) tüpürmək və əl-İxlas surəsini oxumaq lazımdır.

Ümumiyyətlə namazdan kənar da adi vaxtlarda məscid istisna olmaqla tüpürmək istədikdə sol tərəfə tüpürmək və onu ayaqla basdalmaq da tüpürməyin ədəblərindəndir. (əl-Buhiti "Şəru Muntəhəl-İradat" kitabı, 1/213). Xüsusilə qeyd etmək lazımdır ki, başqa yerlərdən fərqli olaraq məscidə tüpürmək qəbahət sayılır. Bu xüsusda, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Məscidə tüpürmək günahdır, bu günahın kəffarəsi isə onu basdırmaqdır". (əl-Buxari, 415; Muslim, 1231).

Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) Peyğəmbər (salləllahu aleyhi və səlləm) (məscidin) qiblə tərəfində tüpürcək gördü və bu ona o qədər ağır gəldi ki, (üzüldüyü) onun üzündən görünürdü. O, ayağa qalxıb onu əli ilə sildi və dedi: "Sizdən biriniz namaz qılmağa başladıqda öz Rəbbi ilə gizli söhbətə girir, yaxud Rəbbi onunla qiblə arasındadır.  Odur ki, sizdən heç kim qiblə tərəfə tüpürməsin, (tüpürmək istəsə) qoy sol tərəfə və ya ayağının altına tüpürsün". Sonra o, öz izarının  bir ucunu tutaraq ona tüpürdü və tüpürcəyini izarının digər tərəfi ilə örtüb dedi: "Və ya belə etsin". (əl-Buxari, 405).