Ağvalideynlik haqda bunlari bilməliyik…


Digərləri 09 Avq 2018 22:55:00 272 0

Ağvalideynlik haqda bunlari bilməliyik…

Övlad valideynin hörmətini saxlamadıqda, onlara qarşı hörmətsizlik etdikdə, onları sözü, rəftarı və əməli ilə incitdikdə, əqli və şəri qadağa olmadığı halda onlara itaətsizlik etdikdə, "ağvalideyn" adlanır. Allah-Taala Qurani-Kərimdə övladlara buyurur ki, ata-anaya "uf" belə deməyin. İmam Sadiq (ə) də buyurur ki, valideynə hörmətsizliyin ən aşağı səviyyəsi "uf" deməkdir. Ata-anaya qaşqabaqlı baxış, onları narahat etmək, onlarla bağlı qəti vəzifələrin tərki, onların mali-madi ehtiyaclarının ödənilməməsi də ağvalideynlik nümunələrindəndir.

Son.az maide.az-a istinadən bildirir ki, bir sözlə, valideynin əziyyətinə səbəb olan hər hansı bir iş ağvalideynlik adlanır; əlbəttə, vacib və haram təkliflər müstəsnadır və əgər övlad valideyn tərəfindən vacib bir əməlin tərki və yaxud haram bir işin icrası ilə bağlı bir əmr alarsa, bu zaman onlara itaət vacib deyil və onlara itaət prinsipi öz funksiyasını itirir.

AĞVALİDEYNİLİYİN DÜNYA VƏ AXİRƏTDƏ ACI NƏTİCƏLƏRİ

-Allahın və Peyğəmbərin (s) qəzəbinə səbəb olur;

-Namazın qəbuluna mane olur;

-Uğursuzluq gətirir və işlər düyünlənir;

-Duanın qəbuluna mane olur;

-Yoxsulluq və fəqirlik gətirir;

-Gənc ikən (qəfil) ölümlə nəticələnir;

-Ölüm zamanı dilin tutulmasına səbəb olur (ağvalideyn "kəlmeyi-şəhadət" demədən ölür);

-Dünyada qəm-qüssə və işkəncələrə səbəb olur;

-Allah-Taala Öz rəhmətini ağvalideynin üzərindən götürər, ona rəhmət nəzəri ilə baxmaz;