Mercedes ağıllı fara texnologiyasını həyata keçirir


Digərləri 09 Avq 2018 22:45:00 300 0

Mercedes ağıllı fara texnologiyasını həyata keçirir

Mercedes aylar əvvəl elanını etdiyi ağıllı fara texnologiyasını nəhayət istifadə etməyə başlayır. Bu texnologiya möhtəşəm xüsusiyyətlərlə gəlir.

Avtomobil faralarında yeni bir dövr başlayır. Almanların hazırladığı yeni bir texnologiya sayəsində hava qaraldığı anda yolda baxın nələr görəcəksiniz.

Son.az deyerler.org-a istinadən bildirir ki, Mercedes fara dizaynını ilk olaraq 2015-ci ildə F015 adını daşıyan araşdırma vasitəsində göstərmişdi.

Ancaq şirkətin yeni rəqəmsal işıqları, LED işıqlandırmadan daha dəqiq işıqlandırma vəd edir.

HD keyfiyyətində işıqlandırma təqdim edən faralarda 1 milyondan çox piksel var və sistem avtomobilin qabağının nə qədər işıqlandırılacağını idarə edə bilir.