Bu əşyalar daha çox elektrik enerjisi sərf edir


Digərləri 09 Avq 2018 22:49:00 361 0

Bu əşyalar daha çox elektrik enerjisi sərf edir

Elektrik qəbzindən şoka düşməmək üçün ilginc qənaət üsulları...

Bu günlərdə hər kəs elektrik enerjisinə görə gələn hesablardan narazıdır. Böyük əksəriyyət ötən ay ərzində gələn fantastik qəbzlərin fotosunu sosial şəbəkə vasitəsilə paylaşır və durumun kritik olduğunu yazır.

Son.az musavat.com-a istinadən hansı ev əşyalarının daha çox enerji sərfiyyatına yol verməsi ilə bağlı arayış hazırlayıb.

Kompüter

Kompüter çalışanda gücü təxminən 140 Vatta qədər artır. Kompüterdə bütün prosedurlar dayandırılanda da sayğac fırlanmağa davam edir. Kompüterin dərhal çalışa bilməsi üçün daim stand by olması lazımdır, bu baxımdan da dediyimiz rəqəm məntiqli görünür.

Amma kompüterdə heç bir prosedur həyata keçirilmədiyi, yarı oyanıq zamanda da 27 vatt kimi olduqca yüksək sayıla biləcək bir miqdarda elektrik enerjisindən istifadə faktı təəccüb doğurur.

Bundan daha da pisi odur ki, off düyməsinə basılanda belə PC-nin gücünün sıfırlanmaması, əvəzində 5 vatt həndəvərində bir elektrik enerjisi tükətməsidir. Bu baxımdan da kompüterin heç elektrik tükətmədiyindən əmin olmaq üçün tək bir çıxış yolu var, o da aləti tamamən şəbəkədən ayırmaqdır.

Televizor

Kiçik ekranlı televizorlar böyük ekranlılarla müqayisədə daha az elektrik enerjisi tükədirlər. Səsin aşağı həddə tutulması da elektrik enerjisi istifadəsini azaldır.

Fen

Saç qurutma prosesi mümkün olduğu qədər dəsmalla başlamalıdır. Ondan sonra fenlə qurudulma mərhələsinə keçmək olar. Orta hesabla bir fenin 10 dəqiqə ərzində çalışması, 60 vattlıq bir lampanın 3 saat yanmasına bərabər həcmdə enerji sərfiyyatı deməkdir.

Şəbəkəyə qoşulan plazma TV-lər ildə toplam olaraq 1452 kilovatlıq enerji yeyir.

Siyahıda bunun ardınca ildə 311 kilovattla kompüterlər, 233 kilovatla oyun aparatları, 144.5 kilovatla noutbuklar və 133 kilovattla lazer yazıçılar gəlir.

Bütün elektrik alətlərinizi qapatdıqdan sonra belə elektrik sayğacınıza nəzər yetirin. Sürpriz bir şəkildə onun hələ də fırlandığını görəcəksiniz.

Məsələn, kompüter aktiv fəaliyyətdə olanda 140 Vatt, fəaliyyətdə olmayanda 27 Vatt, tamamən qapadanda belə 5 Vatt elektrik tükədir.

- Kofe dəmləyən maşınının orta hesabla sərfiyyatı  - 800 V

- Kofe dəmləyən maşın çalışmayanda sərfiyyatı - 1.5 V