Osteoporozdan qoruyan bitki


Digərləri 09 Avq 2018 22:15:00 259 0

Osteoporozdan qoruyan bitki

Özünə xas kəskin, ətirli qoxusu ilə salatlarda, şorbalarda, balıq və ət yeməklərində tez-tez istifadə edilən şüyüd, eyni zamanda şəfa qaynağıdır. Köpü aradan qaldırır, sakitləşdirici və həzmi asanlaşdırıcı xüsusiyyətləri ilə böyrək sağlamlığını təmin edir; sümük inkişafına müsbət təsirlərilə də osteoporozun düşmənidir. Həzm sistemi başda olmaqla bədən sağlamlığı üçün çox əhəmiyyətli olan bu qidanın, süfrədən əskik etməyin.

HƏZM SİSTEMİNİN DOSTU Şüyüd həzm sisteminin dostu olaraq tanınır. Həzm çətinliyi və köp şikayətlərini azaldan təsirlərlə yanaşı qusma, hıçqırıq və köp kimi narahatlıqlara qarşı yaxşı təsir edir. Şüyüdün toxumu, bal ilə şərbət edilərək içildiyində, qusma çətinliyi çəkənləri rahatlaşdırır. Bağırsaqları sakitləşdirən xüsusiyyətilə şüyüd həzm və köp problemləri olan uşaqlarda həzmi asanlaşdırır, cirə kimi qidalara görə daha yüngül bir ətirə sahib olduğu üçün tövsiyə edilir.