Sumqayıtda qadını məhkəməyə verdiyi qonşusu döydü


Digərləri 09 Avq 2018 21:52:00 302 0

Sumqayıtda qadını məhkəməyə verdiyi qonşusu döydü

Sumqayıt şəhərində qadın qonşusu tərəfindən döyülüb.

Son.az "Report"a istinadən bildirir ki,  hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Pərvanə Hüseyn qızı Dadaşova onunla qonşuluqda yaşayan qadın tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən P.Dadaşovanın vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Məlumata görə, hadisəyə səbəb qonşular arasında uzun müddətdir davam edən ədavət və P.Dadaşovanın məhkəməyə müraciət etməsi olub.

Faktla bağlı araşdırma aparılır.