Sallaq dodaqlı qadınların kəndi kişilərin hamısı silahlıdır FOTO


Digərləri 09 Avq 2018 21:30:00 403 0

Sallaq dodaqlı qadınların kəndi  kişilərin hamısı silahlıdır  FOTO

Mursilər Efiopiyanın cənubundakı Omo vadisində yaşayan ən məşhur və populyar tayfalardan biridir. Populyarlığın səbəbi isə alt dodaqlarında böyük gil nəlbəkilər daşıyan mursi qadınlardır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, turistlərin və fotoqrrafların axını mursiləri qıcıqlandırır.

"Onlar gəlir, bizi çəkir, komalarımıza soxulur, sürəkli suallar verirlər. Elə bil zooparkdakı meymunlarıq", - mursilər deyirlər.

Buna görə turistlər gələn kimi mursilər onlarla bacardıqxca kobud davranırlar. Üstəlik, mümkün qədər çox bəzək vurub ən yaxşı paltarlarını geyinirlər. Çünki mursi nə qədər əlvan və qəribə geyinibsə, turistdən bir o qədər çox pul alır.

Mursi kişilərin də "Kalaşnikov" avtomatlı olduğunu nəzərə alsaq, pul verməyən turist az olur.