Bakıda çimərlik yaxınlığında kişi meyiti tapılıb


Digərləri 09 Avq 2018 21:33:00 309 0

Bakıda çimərlik yaxınlığında kişi meyiti tapılıb

Bakıda naməlum kişi meyiti aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Suraxanı rayonu ərazisində baş verib.

Avqustun 8-də saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağlar yaşayış sahəsində, dənizin sahilində naməlum kişi meyiti aşkar edilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.