Nə qədər ki, başınızda damarlar partlamayıb, təzyiq probleminizi həll edin
Digərləri 09 Avq 2018 21:35:00 237 0
Hələ ki, dünyada insanların ölümünə səbəb olan xəstəliklərin siyahısında birinci yeri infakrt və insult tutur. Belə deyək, 10 nəfərdən 6-sı ürək və ya beyin qan dövranı pozulmasından dünyasını dəyişir. " Sakit, lal qatil" adlandırılan hipertoniyanın səbəb olduğu təzyiq sıçrayışları ürək və beyin damarlarını yükləyir.
Son.az medicina.az-a istinadən Türkiyənin tanınmış kardioloqu, professor Zafer Gülbaş təzyiq sıçrayışlarından necə qorunmaq barədə fikirlərini təqdim edir:
" Təzyiq sıçrayışları təkcə yaşlı insanlarda olmur. Hipertoniya xəstələrinin əksəriyyəti yuxuda olarkən infarkt və ya insult olur və ölür. Hipertoniklərin 67%-I xəstə olduqlarından xəbərsizdir. Bəzən təzyiq azca yuxarı qalxır və ya uzun müddət aşağı olub xəstəni çaşdırır.
Kardioloqlar aşağıdakı əlamətlərdən 3-nün bir insanda cəmləşməsini artıq hipertoniya və təztiq sıçraması kimi qəbul edir. Siz də Baxın, bu əlamətlərə görə sizdə hipertoniya olduğunu müəyyənləşdirə bilərsiniz:
•Baş ağrıları •Sürətli ürək döyünmə •Göz qarşısındakı qara nöqtələr •Apatiya, qıcıqlanma, yuxululuq •Aydın olmayan görmə •Tərləmə