İmişlidə 8 yaşlı uşağı ilan sancıb


Digərləri 09 Avq 2018 20:57:00 227 0

İmişlidə 8 yaşlı uşağı ilan sancıb

İmişli rayonunda 8 yaşlı uşağı ilan sancıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Səma Əlizadə yaşadığı evin həyətindəki ayaqyoluna gedərkən qəflətən ilan onun ayaq nahiyəsindən sancıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.