Nəsimidə 4 otaqlı mənzil yanıb


Digərləri 09 Avq 2018 20:42:00 219 0

Nəsimidə 4 otaqlı mənzil yanıb

Bakının Nəsimi rayonunda yanğın olub.

Son.az Trend-ə istinadən bildirir ki, ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yüksək temperaturdan hamamın lambirdən ibarət tavanı 4 kv.m sahədə və 1 ədəd məişət avadanlığı əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.