Dində hər şeyin dəlilini axtarmaq düzgündürmü?


Digərləri 09 Avq 2018 20:50:00 283 0

Dində hər şeyin dəlilini axtarmaq düzgündürmü?

Dindən, dinin adından danışan müsəlmanın hər bir məsələdə elm, dəlil və sübutla danışması zəruridir.

Son.az zikr.az-a istinadən bildirir ki, Uca Allah bizi dəlil və sübutla danışmağa dəvət edərək belə buyurur: "...De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!" (əl-Bəqərə, 111; ən-Nəml, 64).

"De: "Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq...". (Yusuf, 108).

"Biz hər ümmətdən bir şahid çıxardacaq və: "Dəlilinizi gətirin!"- deyəcəyik. Onlar biləcəklər ki, haqq yalnız Allaha məxsusdur...". (əl-Qasas, 75).

"...De: "Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri". Lakin onların çoxu əsl həqiqəti bilmir və ondan üz çevirərlər". (əl-Ənbiya, 24).