Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib FOTO


Siyasət 09 Avq 2018 20:34:00 231 0

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib  FOTO

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.


Xəbərə aid fotolar