Tovuzda evində yıxılan qadının vəziyyəti ağırdır


Digərləri 09 Avq 2018 20:26:00 252 0

Tovuzda evində yıxılan qadının vəziyyəti ağırdır

Tovuz rayonunda qadın evində yıxılaraq xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Hunanlar kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Quliyeva Zəminə Məhəmməd qızı yaşadığı evin həyətində ehtiyatsızlıqdan yıxılıb.

Hadisə nəticəsində qadının döş qəfəsi sınıb.