Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib


Digərləri 09 Avq 2018 20:27:00 197 0

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib

Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Bakı. Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 9-da Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Tacikistan Prezidenti Emoməli Rəhmonu hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin