Qarğıdalının bu faydalarından xəbəriniz var idimi?


Digərləri 09 Avq 2018 20:12:00 266 0

Qarğıdalının bu faydalarından xəbəriniz var idimi?

Qarğıdalı A. B və E vitamini baxımından zəngin bir bitki mənşəli mənbədir.

Yüksək miqdarda lif tərkibinə malik olan qarğıdalı, karotin baxımından da zəngindir. Həmçinin qarğıdalı sağlamlığımız üçün əvəzsiz olan maqnezium, manqan, dəmir və mis mineralları baxımından da yaxşı bir qida mənbəyidir.

Qarğıdalının sağlamlığa faydaları nələrdir?

Son.az deyerler.org-a istinadən bildirir ki, bol miqdarda lif ehtiva edən qarğıdalı həzm sistemi xəstəliklərinin, o cümlədən qəbizlik, babasil, bağırsaq xərçəngi kimi xəstəliklərin  qarşısını alır. Antioksidantlarla zəngin olan qarğıdalı bu sayədə antikanserogen qida mənbəyidir.

Qarğıdalı Alzheymer xəstəliyi və ürək xəstəliklərinin riskini azaldır. Yüksək təzyiqi tənzimləməyə yardım edir, anemiya riskini azaldır, xolesterolu və şəkəri aşağı salır.