Bakıda güclü külək fəsadlar törədib - VİDEO


Sosial 09 Avq 2018 20:08:06 284 0

Bakıda güclü külək fəsadlar törədib - VİDEO

Küləyin təsirindən ağac qırılaraq minik avtomobilin üzərinə aşıb

Bakıda güclü külək bir sıra fəsadlar törədib.

“Report”un məlumatına görə, paytaxtın Nəsimi rayonunun Xan Şuşinski küçəsində küləyin aşırdığıağac minik avtomobilin üzərinə, rayonun digər ərazisində isə dayanacağın üzərinə düşüb.

Qeyd edək ki, bu gün paytaxtın müxtəlif ərazilərində güclü külək nəticəsində ağacların budaqlarının sınması və kökündən qopması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə 6 müraciət daxil olub. Birliyin şöbə rəisi Orxan Məmmədov "Report"a bildirib ki, hadisələr nəticəsində xəsarət alan olmasa da, hər an faciə baş verə bilər.