Köməkçiləri Trampın söhbətlərini gizli şəkildə qeydə aldılar


Dünya 09 Avq 2018 19:56:00 259 0

Köməkçiləri Trampın söhbətlərini gizli şəkildə qeydə aldılar

ABŞ prezidenti Donald Trampın keçmiş köməkçisi Omaros Maniqol-Nyuman Trampın söhbətlərini gizlin şəkildə qeydə alıb.

Son.az azvision.az-a istinadən bildirir ki, bu barədə "The Daily Beast" qəzeti yazıb. Qəzetin Ağ Evdəki mənbələri Nyumanda Trampın səs yazılarının olduğunu, hətta həmin söhbətlərin dinlənilməsi üçün digər insanlara verildiyini təsdiq ediblər. Lakin qeyd edilib ki, Trampın söhbətləri xanım Nyumana Ağ Evdəki işi barədə açıq memuarlar yazmaq üçün lazım olub. Onun "Unhinged: An Insider's Account of the Trump White House" ("Qeyri-asılı: Tramp dövründə içəridəki adamın Ağ Ev barədə hekayəsi") adlı kitabı avqustun 14-də satışa buraxılacaq.

"The Daily Beast" qəzetinin əməkdaşları Trampla köməkçisi arasındakı söhbətləri "gündəlik zərərsiz boşboğazlıqlar" adlandırıb.