Lənkəranda dənizdə batan 59 yaşlı kişinin meyiti tapılıb


Digərləri 09 Avq 2018 19:37:00 194 0

Lənkəranda dənizdə batan 59 yaşlı kişinin meyiti tapılıb

Dalğıc-axtarış qrupu 1959-cu il təvəllüdlü Ağayev Mirnazim Mirhəsən oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bakı. Lənkəranda dənizdə 1 nəfər batıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 400 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.