Robert Koçaryan həbsdə qalacaq


Dünya 09 Avq 2018 19:23:00 250 0

Robert Koçaryan həbsdə qalacaq

Ermənistan Baş prokurorluğu bir qrup Ermənistan millət vəkillərinin eks-prezident Robert Koçaryanın həbs qətimkan tədbirini dəyişmək haqqında zaminliyini qəbul etməyib.

Beləlliklə, iyulun 27-də həbs olunmuş Robert Koçaryan həbsdə qalıb.

"İbtidai istintaqın hazırkı mərhələsində Baş Prokurorluq Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin dəyişməsini məqsədəuyğun bilmir, çünki digər qətimkan tədbiri şəraitində maneəsiz araşdırma təmin etmək mümkün deyil", - prokurorluğun bəyanatında deyilir.

Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs tədbirini dəyişmək haqqında Baş Prokurorluğa zəmanəti Ermənistan Milli Məclisinin 46 üzvü, o cümlədən, parlament sədri və onun üç müavinlərindən ikisi imzalayıb. Onların 42-si Serj Sarkisyanın rəhbərlik etdiyi keçmiş hakim Ermənistan Respublikaçılar Partiyasının, üçü Daşnaksutyun və bir nəfəri "Tsarukyan" parlament fraksiyalarının təmsilçiləridir.

Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin dəyişməsinə dair onun vəkilləri tərəfindən Apellyasiya Məhkəməsinə təqdim edilən vəsatətə avqustun 9-da baxılacaq.