Qırılan elektrik naqili dəhəşətə SƏBƏB OLDU


Digərləri 09 Avq 2018 19:29:00 235 0

Qırılan elektrik naqili dəhəşətə SƏBƏB OLDU

Ötən gün axşamdan əsən külək və yağışla müşayiət olunan şiddətl ildırım çaxması Neftçalada insan tələfatı ilə nəticələnib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ildırım çaxması nəticəsində ev sahibləri yuxuda olduğu zaman rayonun Şirvanlı qəsəbəsində həyətlərdən birinin üzərindən keçən yüksək gərginlikli elektrik xətti qırılaraq yerə düşüb.

Səhər sübhdən bundan xəbərsiz yaşadıqları həyəti süpürən 38 yaşlı Aynurə İman qızı Əzimova yerə düşmüş elektrik xəttinə toxunduğu üçün onu elektrik cərəyanı vuraraq öldürüb.