Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 20182022ci illər üçün Dövlət Proqramı təsdiq edilib


Siyasət 09 Avq 2018 19:09:00 253 0

Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 20182022ci illər üçün Dövlət Proqramı təsdiq edilib

Prezident İlham Əliyev "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda qeyd edildiyinə görə, "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;

2.2. Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.