Sabah Bakının bu hissələrində qaz olmayacaq


Digərləri 09 Avq 2018 19:18:00 249 0

Sabah Bakının bu hissələrində qaz olmayacaq

Bakı şəhəri Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Son.az bildirir ki, "Azəriqaz" İB-dən Trend-ə verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yeni çəkilmiş polietilen diametri 315 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar sabah saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti, həmçinin 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.