Dadmaq, danışmaq, rabitə, idarəetmə...


Digərləri 09 Avq 2018 19:08:00 228 0

Dadmaq, danışmaq, rabitə, idarəetmə...

Dil - Allahın insana verdiyi ən böyük nemətlərdən biridir. Allah Təala bu nemətin əhəmiyyəti haqqında Quranda buyurur: "Və (eləcə də) bir dil və iki dodaq (vermədikmi)?!". ("Bələd" 9).

İmam Əli (ə) dil barəsində buyurur: "Dilsiz insan - heykəl, şəkil və faydasız dördayaqlıdan başqası deyildir".

Bu üzvün funksiyaları ilə tanış olaq:

1. Dadmaq qüvvəsi vardır. O, şirinliyi, acılığı, turşuluğu hiss edər.

2. Yeməyi ötürəndir. Dil yeməyi ağızda bu dişdən o biri dişə aparar və sonra da xırdalanmış qidanı mədəyə ötürər.

3. Danışmaq vasitəsidir. Dilin ən mühüm faydası - danışmaq vasitəsi olmasıdır. İnsan ictimai varlıq olduğu üçün, danışmağa ehtiyacı vardır. Dil də bu işi yerinə yetirir.

Dilin danışıq funksiyaları:

1. Allahla rabitə qurmaq vasitəsidir. İnsan xilqətinin hədəfi - Allaha qovuşmaqdır. Bu yolda insana ibadətlər yardım edər. İbadətlərin əksər hissəsində isə dil mühüm vasitə olar.