Sabah Bakının bu hissələrində qaz olmayacaq


Digərləri 09 Avq 2018 19:03:24 285 0

Sabah Bakının bu hissələrində qaz olmayacaq

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Bakı. Bakı şəhəri Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. “Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yeni çəkilmiş polietilen diametri 315 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar sabah saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti, həmçinin 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.