Baş Prokurorluq: Pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı vəzifəli şəxslər həbs olunub


Digərləri 09 Avq 2018 18:33:00 344 0

Baş Prokurorluq: Pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı vəzifəli şəxslər həbs olunub

Cari ildə pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı vəzifəli şəxslər həbs olunub.

Bakı. Samir Əli - Cari ildə pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı vəzifəli şəxslər həbs olunub. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilib. Məlumata görə, cari ilin iyun ayında respubilkanın Saatlı, Tərtər, İmişli və dgər rayonlarında ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus pambıq tarlalarında çalışan şəxslərin kimyəvi zəhərlənmələrə məruz qalmaları faktı üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlamış cinayət işi ilə bağlı Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin məsul əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə hadisələrin baş vermə səbəbləri, təqsirli şəxslərin dairəsi və sair sübut edilməli hallar tam araşdırılmışdır. Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə, müayinə və sair istintaq hərəkətləri yerinə yetirilmiş, hadisə yerlərindən, zərərçəkmiş şəxslərdən, tədarükçü hüquqi şəxslərin anbarlarından götürülmüş 200-dən artıq nümunə və bitki mühafizə vasitələrinin, o cümlədən tarlalarda tətbiq olunmuş pestisidlərin xarici istehsalçı şirkətlər tərəfindən təqdim olunmuş etalon nümunələrinin ixtisaslı toksikoloji, kimyəvi müayinələri və ekspertiza tədqiqatları həyata keçirilmişdir.