Məişət zorakılığından zərər çəkmiş uşaqlara sosial reabilitasiya xidmətləri göstərilir


Digərləri 09 Avq 2018 18:10:00 290 0

Məişət zorakılığından zərər çəkmiş uşaqlara sosial reabilitasiya xidmətləri göstərilir

Sumqayıt şəhərində cari ilin aprel ayında yaradılan yardım mərkəzində indiyədək 38 uşağa xidmət göstərilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişi əsasında icra olunan layihələrdən biri də məişət zorakılığından zərər çəkmiş uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlıdır. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən Sumqayıt şəhərində cari ilin aprel ayında yaradılan yardım mərkəzində indiyədək 38 uşağa xidmət göstərilib.