Əcnəbi gənclər Bakıda həm ifa etdilər, həm də qazandılar


Digərləri 09 Avq 2018 17:46:00 248 0

Əcnəbi gənclər Bakıda həm ifa etdilər, həm də qazandılar

Son.az xəbər verir ki, Bakının Filarmoniya bağında ölkəmizə turist kimi gələn iki əcnəbi gəncin gitara ilə ifası ətrafdakıların marağına səbəb olub. Gənclərdən biri Belarus, digəri isə Almaniyadandır. Onların hər ikisi müxtəlif ölkələri piyada gəzərək, bəzən də avtostopla səyahət edirlər. Bakıda isə onlar elə Filarmoniya bağında rastlaşıblar. Alman gənc bağda gitarada ifa edən birini görüncə ona yaxınlaşıb və onun birgə ifa etmək istədiyini bildirib. İki gəncin müvəqqəti tanışlığı də belə başlayıb.

Belarusun Qrodno şəhərindən gələn 28 yaşlı Vitali Son.az deyib ki, o, müxtəlif mədəniyyətlərlə tanış olmağı sevir: "Avtostop vasitəsilə müxtəlif  ölkələri səyahət edirəm. Öz gitaramı da özüm ə götürürəm, istəyəndə ifa edirəm. Bu mənim həm hobbim, həm də qazanc yolumdur".

Belaruslu gənc Bakıya iyulun 30-da gəlsə də, deyir ki, hələ şəhər haqqında o qədər də geniş təsəvvürü yoxdur: "İnsanlarınız çox mehribandırlar, amma  bəzən mən bunun əksini də görürəm. Ümumilikdə paytaxtınızda yaxşı şeylər çoxdur. Hələ ki, yalnız Bakıda olmuşam, sonra digər bölgələri də görməyi planlaşdırıram. Düşünürəm ki, başqa şəhərlərdə olandan sonra Azərbaycan haqqında fikirlərimi tam söyləyə biləcəm".

29 yaşlı almaniyalı Andresin isə Azərbaycanla tanışlığı Kürdəmir rayonundan başlayıb. Turist deyir ki, Kürdəmirdə hava çox isti  olduğundan o, Azərbaycanı dərhal tərk etmək istəyib, lakin Bakıya gələndən sonra fikrini dəyişib: