Azərbaycanda dollara tələb azalıb


Digərləri 09 Avq 2018 17:27:00 293 0

Azərbaycanda dollara tələb azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondunun iştirakı ilə bu gün keçirilmiş valyuta hərracında manatın dollara nisbətdə məzənnəsi 1,7 AZN/USD təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hərracda 70 milyon dollarlıq təklifə qarşı tələb 41,2 milyon dollar təşkil edib.

Mənbə bildirib ki, əvvəlki hərracda da tələb (57,2 milyon dollar) təklifdən (70 milyon dollar) az olmuşdu.