Rusiyanın ən yaxşısı klubunu dəyişdi


İdman 09 Avq 2018 17:21:00 255 0

Rusiyanın ən yaxşısı klubunu dəyişdi

Krasnodar-ın futbolçusu Fyodor Smolov Lokomotiv-ə transfer olunub.

Goal.az Moskva klubunun saytına istinadən xəbər verir ki, Rusiya millisinin hücumçusu ilə 4 illik müqavilə imzalanıb.

Bu transfer üçün Lokomotiv-in 9 milyon avro təzminat ödədiyi iddia olunur. 28 yaşlı oyunçunun yeni klubunda ilinə 3 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, F.Smolov ötən mövsüm Rusiya Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.