"Neymar əvvəl-axır Real-a gedəcək"


İdman 09 Avq 2018 14:52:00 271 0

"Neymar əvvəl-axır Real-a gedəcək"

Barcelona-nın və Braziliya millisinin keçmiş hücumçusu Rivaldonun fikrincə, Neymar nə vaxtsa Real-a keçəcək.

Goal.az xəbər verir ki, “sambaçı” bu transferin yaxın vaxtlarda baş tutacağına əmindir. “Neymar PSG-də qalacağını deyir. Ona inanıram. Neymarın nə vaxtsa Real-da olacağına da inanıram. Eşitdiklərim belə deməyə əsas verir. Məncə, Neymar Fransada bir il qalacaq. Onun növbəti klubu İspaniyadadır”, - deyə Rivaldo bildirib.

Xatırladaq ki, Neymarın Real-a gedəcəyi xəbəri əvvəllər də gündəmdə idi. Futbolçu bu xəbəri şərh etməkdən yayınmışdı.