Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək


Digərləri 09 Avq 2018 17:01:50 257 0

Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək

Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Heydər Əliyev Mərkəzində çıxış edəcək.

Bakı. Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Heydər Əliyev Mərkəzində çıxış edəcək. Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, bu, Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində üçüncü konserti olacaq. Musiqi kollektivi 2014 və 2016-cı illərdə Azərbaycandakı tamaşaçılarına maraqlı repertuar, peşəkar ifa və bayram ovqatlı konsert proqramı təqdim edib. Hər iki konsert anşlaqla keçib. Noyabrın 26-dakı konsert proqramında dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohan Ştrausun, həmçinin digər klassiklərin – ata İohann Ştraus, Yulius Fuçik, Yozef Ştraus, Eduard Ştraus və Karl Mixael Tsirerin əsərləri ifa olunacaq. Konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun rəhbərliyi ilə keçəcək. O, dirijorluqla yanaşı, həm də skripkada ifa edəcək.