Azərbaycanda inflyasiya 3 faizdən aşağı düşdü


Digərləri 09 Avq 2018 16:39:00 280 0

Azərbaycanda inflyasiya 3 faizdən aşağı düşdü

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak mallarının qiyməti və xidmət tarifləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Bu müddət ərzində ərzaq məhsullarının qiyməti 2,8 faiz, qeyri-ərzaq məhsulları 3,4 faiz, ödənişli xidmətlərin qiyməti 2,3 faiz artıb.