Azərbaycanda 112 qeyri-qa­nun­i miqrant saxlanılıb


Digərləri 09 Avq 2018 16:28:37 244 0

Azərbaycanda 112 qeyri-qa­nun­i miqrant saxlanılıb

Son dörd gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı ümu­­mi­likdə 112 əcnə­bi sax­­­la­nıl­ıb.

Bakı. Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən son dörd gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı ümu­­mi­likdə 112 əcnə­bi sax­­­la­nıl­ıb. DMX-dən Trend-ə verilən məlumata görə, onlardan 22-si Rusiya, 18-i Gürcüstan, 13-ü Türkmənistan, 12-si Hindistan, 9-u Pa­kis­tan, 7-si Özbəkistan, 6-sı Ukrayna, 6-sı İran, 4-ü Türkiyə, 3-ü İraq, 3-ü Nigeriya, 2-si Qazaxıstan, 2-si Birləşmiş Ərəb Əmirlikləri, 1-i Nepal, 1-i Mərakeş, 1-i Fransa, 1-i Norveç və 1-i Suriya vətəndaşıdır. Saxlanılmış 6 nəfər Pakistan, 3 nəfər Nigeriya, 2 nəfər Hindistan və 1 nəfər Qazaxıstan vətən­da­şının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 13 nəfər Türkmənistan (səy­yar ticarət) və 3 nəfər Hindistan vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, digər 84 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.