Gec yaşda ana olmaq qadının xərçəngə tutulma riskini artırır


Digərləri 09 Avq 2018 15:49:00 279 0

Gec yaşda ana olmaq qadının xərçəngə tutulma riskini artırır

"30 yaşdan sonra ana olacaq qadınların süd vəzi xərçənginə tutulma ehtimalı daha çoxdur".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov deyib.

"Misal üçün 20 yaşında ailə quran qadının süd vəzi xərçənginə tutulması 30 yaşlı qadından 10% daha aşağıdır. Beləliklə xərçəng xəstəliyinə tutulma ehtimalı hər artan 10 ilə 10% çoxalır. İndiki dövdə qadınlarımız karyera fikirləşir, ailə həyatı arxa plana keçib. Ancaq onlar bilməlidirlər ki, gec ailə həyatı qurmaq və ana olmaq onların həyatını təhlükəyə atır".