“Yerevan” Fondunda 4 milyon dollara yaxın mənimsəmə faktı aşkarlandı


Dünya 09 Avq 2018 15:29:00 224 0

“Yerevan” Fondunda 4 milyon dollara yaxın mənimsəmə faktı aşkarlandı

Ermənistan Maliyyə Nazirliyinin "Yerevan" Fondunda apardığı yoxlama nəticəsində 1,8 milyard dram (3 milyon 750 min dollara yaxın) vəsaitin mənimsənilməsi faktı aşkarlanıb.

Son.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə  (vəzifə səlahiyyətlərindən sui-istifadə, xidməti səlahiyyətlərdən dələduzluq etmək üçün yararlanmaq) cinayət işi başlanılıb.