Real Modriçin maaşını artıracaq


İdman 09 Avq 2018 15:15:00 273 0

Real Modriçin maaşını artıracaq

Real rəhbərliyi Luka Modriçlə vidalaşmaq fikrində deyil. 

Goal.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, “Kral klubu” DÇ-2018-in ən yaxşı futbolçusunu heyətində saxlamaq üçün onun maaşını artırmaq istəyir. Hazırda Modriçin Madrid klubundakı illik qazancı 8 milyon avrodur. Amma hələlik yeni məvaciblə bağlı konkret rəqəm açıqlanmayıb. 

Qeyd edək ki, İnter Modriçi heyətində görmək istəyir. Futbolçunun Milan klubuna keçəcəyi ilə bağlı xəbərlərə reaksiya verməməsi “Real” rəhbərliyini narazı salıb.