Neftçalada piyadanı maşın vurub öldürdü


Digərləri 09 Avq 2018 15:13:14 220 0

Neftçalada piyadanı maşın vurub öldürdü

Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 8-də saat 16 radələrində Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində Salyan rayon sakini Rizvan Fərəcov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Kürkənd kənd sakini Pirverdi Xanməmmədovu vurub.