Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI


Digərləri 09 Avq 2018 14:56:23 298 0

Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,3 faiz bahalaşıb.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,3 faiz bahalaşıb. Trend-in məlumatına görə, cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb. Ay ərzində yumru düyünün, manna və qarabaşaq yarmasının, makaronun, qoyun ətinin, pasterizə olunmamış üzlü südün, bananın, almanın, armudun, alçanın, gavalının, əriyin, şaftalının, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, çuğundurun, sarımsağın, soğanın, kartofun qiymətlərində ucuzlaşma, uzun düyünün, mal və toyuq ətinin, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qara və yaşıl çayın, limonun, albalının, gilasın, qarpızın, yemişin, çiyələyin, göyərtinin, yerkökünün qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.