Bu ilin 7 ayında 374 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib


Digərləri 09 Avq 2018 14:40:25 214 0

Bu ilin 7 ayında 374 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib

Cari ilin ötən dövründə 650 nəfər əlilliyi olan şəxs isə özünüməşğulluq proqramına cəlb olunub

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə bu ilin 7 ayında 374 nəfər əlilliyi olan şəxs işlə təmin edilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan bir hissəsinin qanunvericiliyə uyğun olaraq, müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə ayrılmış iş yerlərində işlə təminatı həyata keçirilib.