Niqaba görə cərimənin olduğu yerdə niqab modası


Digərləri 09 Avq 2018 14:29:00 460 0

Niqaba görə cərimənin olduğu yerdə niqab modası

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Copenhagen Fashion Week" moda şousunda iranlı dizayner Reza Etimadinnin MUF10 brendinin yeni korllepksiyası nümayiş olunub.

Son.az European-a istinadən bildirir ki, nümayiş zamanı podiuma çarşablı, niqablı və burkalı modellər çıxıblar.

Üstəlik, onlar polis forması geyinmiş kişi modellərlə əl verib görüşüblər, polislərdən çiçək dəstələri alıblar.

Etimadinin sözlərinə görə, bu minvalla Danimarkada ictimai yerlərdə qadınların niqabda və burkada dolaşmasına qoyulmuş qadağaya etiraz edir.


Xəbərə aid fotolar